ФАКУЛЬТЕТ ВОЗДУШНОГО ТРАНСПОРТА

Инженер по полетам

050639 – Инженер по полетам ixtisası mülki və dövlət aviasiyasında istismar edilən müxtəlif təyinatlı uçuş aparatlarının – müasir hava gəmilərinin, bütün kateqoriyalara aid edilən sərnişin, yük və xüsusi təyinatlı təyyarələrin uçuş istismarı üçün yüksək ixtisaslı mühəndis pilotların hazırlığını nəzərdə tutur.

İxtisasının təhsil proqramı Azərbaycanın Aviasiya Qaydalarının (AAQ) AAQ-FCL – Uçuş heyətinə şəhadətnamələrin verilməsi  (FCL – Flight Crew Licensing) sənədi əsasında inteqrasiya olunmuş CPL(A) (CPL – Commercial Pilot License) Kommersiya pilotu (Təyyarə) və ATPL (A) (ATPL – Air Transport Pilot License) Hava nəqliyyatı pilotu (Təyyarə) kateqoriyalarının tələblərinə uyğun hazırlanmışdır.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasında 050639 – Uçuş mühəndisliyi” ixtisasının normativ təhsil müddəti 4 il 6 ayingilis dilində təhsil alan tələbələr üçün 5 il təşkil edir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə görə bu ixtisasa yiyələnmək istəyən şəxslərdən mükəmməl fundamental, mühəndis və İT bilikləri ilə yanaşı, İCAO-nun minimum 4-cü səviyyəsinə cavab verən  ingilis dili bilikləri tələb olunur.

Milli Aviasiya Akademiyasında 050639 “Uçuş mühəndisliyi” ixtisasının proqramı tələbələrə ATPL (A) “Hava nəqliyyatı pilotu” (T) kateqoriyası ilə yanaşı, fundamental, İT və mühəndis bilikləri, eyni zamanda peşəkar ingilis dili biliklərinin də verilməsini təmin edir. Инженер по полетам ixtisasının tələbələri aerodinamika, naviqasiya, meteorologiya, uçuş istismarı qaydaları, peşəkar ingilis dili, müasir təyyarə və helikopterlərin konstruksiyası, sistemləri, planer, muhərrik və guc qurğuları, avionika və pilotaj-naviqasiya avadanlıqları və bir sıra digər fənlərdən aldıqları biliklərin, eyni zamanda təhsil müddətində əldə etdikləri təcrübi bacarıq və vərdişlərin nəticəsində müasir hava gəmilərinin uçuş istismarı sahəsində yüksək kateqoriyalı mühəndis-pilotlar kimi formalaşırlar.

Основные группы предметов специальности 050639 «Инженер по полетам»:

Для пилотов самолетов:
  • Высшая математика и физика;
  • химия, механика, электротехника и электроника;
  • авиационные материалы;
  • метеорология;
  • основы навигации;
  • аэродинамика и динамика полета;
  • конструкция и системы самолетов;
  • гидравлика, авиадвигатели и силовые установки;
  • автоматические системы управления полетом, радио- и спутниковая навигация;
  • электро-, радио- и приборное оборудование самолетов;
  • летно-технические характеристики, правила эксплуатации, планирование и контроль полетов;
  • масса и центровка самолета;
  • управление воздушным движением, аэродромы и другие дисциплины.
Для пилотов вертолетов:
  • фундаментальные и общеинженерные дисциплины;
  • аэродинамика и динамика полета вертолета,
  • конструкция и системы вертолета,
  • двигатель и силовые установки;
  • система управления, электро -, радио и приборное оборудование вертолетов,
  • конструкция и прочность вертолетов,
  • летно-технические характеристики, планирование и контроль полетов, правила выполнения полетов вертолетов,
  • аэродромы (вертодромы) и другие предметы.

İnteqrasiya olunmuş CPL(A)+ATPL(A) proqramı ən azı 195 saat uçuş təcrübəsini nəzərdə tutur.

Təyyarə pilotlarının ATP(A) kateqoriyası üzrə ilkin uçuş hazırlığı AAQ-FCL tələblərinə uyğun olaraq, müasir naviqasiya avadanlığı ilə təchiz edilmiş birmühərrikli (məsələn Cessna-172S) və ikimühərrikli təyyarələrdə (məsələn Diamond DA-42/NG), ən azı 195 uçuş saatı həcmində aparılır. Bunlardan 54 saat 30 dəqiqəsi simulyator uçuşlarıdır. CPL(A) şəhadətnaməsi almaqdan ötrü nəzərdə tutulan 195 uçuş saatı bu təlim uçuşlarını əhatə etməlidir: cihazlarla uçuşlar, sərbəst uçuşlar, çoxmühərrikli və çoxpilotlu təyyarədə uçuşlar və s.

Tələbə müəyyən səbəblərdən təlim prosesində geri qaldığı və ya verilən təlimləri mənimsəyə bilmədiyi halda, qaydalara uyğun olaraq əlavə təlim saatları keçirilə bilər.

Uçuş təlimlərində müvəffəqiyyətsizlik göstərən tələbə sərbəst uçuşlara buraxılmır və uçuş hazırlığından xaric edilir.

050639 – Инженер по полетам ixtisasının Təhsil Proqramını müvəffəqiyyətlə bitirmiş məzunlar yiyələndikləri peşə kompetensiyaları sayəsində müasir hava gəmilərinin, müxtəlif təyinatlı təyyarələrin, pilotlu və pilotsuz uçuş aparatlarının uçuş və texniki istismarı, onların konstruksiyasında, funksional, energetik, idarəetmə sistemlərində, guc qurğuları və muhərriklərində yarana bilən mühəndis-texniki problemlərin həlli, həmçinin uçan aparatların layihələndirilməsi, istehsalı, istismarı və sınaqları ilə məşğul ola bilərlər.

Bu müasir mühəndis ixtisasını muvəffəqiyyətlə bitirmiş məzunlar aviasiya texnikası ilə yanaşı muxtəlif sahələrdə, o cumlədən nəqliyyat, energetika, ümumi və xüsusi təyinatlı uçan aparat, maşın və elektronika istehsalı, kommunikasiya, rabitə, elektron idarəetmə sistemlərinin istismarı ilə məşğul olan muəssisə və şirkətlərdə mühəndis-operator, mühəndis-mexanik, mühəndis-elektronçu və ya mühəndis-proqramçı kimi vəzifələrdə calışmaq imkanına malik olacaqlar.

 

Образовательная программа и учебный план специальности

*С правилами приема на специальности бакалавриата можно познакомиться здесь.