TƏLƏBƏ HƏYATI

Aviamodelçilik laboratoriyası

Aviamodelizm dərnəyi 2011-ci ildən Aviamodelçilik laboratoriyası kimi fəaliyyətə başlamışdır. Aviamodelçilik laboratoriyasının məqsədi tələbələrə uçuş aparatlarının layihələndirilməsi və hazırlanması üçün nəzəri və praktiki biliklərin verilməsidir. Bu laboratoriyada çalışan tələbələr təyyarələrin uçan modellərinin düzəldilməsinin nəzəriyyə və praktikasını öyrənməklə yanaşı, həmçinin öz əlləri ilə layihələndirdikləri və düzəltdikləri modelləri idarə etməyi də öyrənirlər. Aviamodelçilik laboratoriyasının planında kordlu, radioidarəolunan və pilotsuz uçuş aparatlarının aerodinamikasının öyrənilməsi, bu tip modellərin praktiki layihələndirməsi və hazırlanması vərdişlərinə yiyələnmə mərhələləri daxildir.

Əlaqə

(+994 12) 525 98 08 ()

Foto Qalereya