TƏLƏBƏ HƏYATI

Ekoklub

Milli Aviasiya Akademiyasında (MAA) «Ekoklub» tələbələrin ekoloji bilik və bacarıqlarının formalaşdırılması, ətraf mühitin öyrənilməsi və mühafizəsi, ekoloji maarifləndirilmənin daha da gücləndirilməsi və ətraf mühit problemlərinin həllinə gənclərin aktiv şəkildə cəlb edilməsi məqsədilə yaradılmışdır. 

MAA-nın «Ətraf mühitin aerokosmik monitorinqi» kafedrasının tələbələri Ekologiya və Təbii  Sərvətlər Nazirliyinin təşkil etdiyi tədbirlərdə, ekoloji yönümlü layihələrdə ekoloji könüllülük prinsipi ilə fəal iştirak edirlər. 

Respublikamızda aparılan təhsil islahatları çərçivəsində ekoloji təhsilin inkişafı və ekoloji dünyagörüşün formalaşması üçün geniş perspektivlər yarandığı, ekoloji təhsilin daha geniş tətbiq edildiyi bir vaxtda  Milli Aviasiya Akademiyasının «Ətraf mühitin aerokosmik monitorinqi» kafedrasının fəal ekoloqları da kağız tullantılarının təkrar emal olunması kompaniyasına dəstək verirlər. 

Son illərdə iqlim dəyişikliyi və qlobal istiləşmənin ciddi təhlükəyə çevrilməsi fonunda yaşından asılı olmayaraq, hər bir şəxsin ətraf mühitin keşiyində durması artıq zərurətə çevrilib. Ətraf mühit və təbii sərvətlərin milli dəyər kimi gələcək nəsillər üçün qorunub saxlanması məqsədilə MAA-da istifadə olunmuş kağızların toplanılması davam etdirilir və bunun üçün bir neçə yerə müvafiq qutular qoyulmuşdur. Akademiyadan toplanan kağızların miqdarı 300 kq-dan artıq olduqda «Azersun» şirkəti tərəfindən xüsusi nəqliyyat vasitələri ilə daşınması təmin edilir.

 

Sizi respublika səviyyəsində həyata keçirilən layihəyə 

kağız tullantısı təhvil verərək qoşulmağa və ətraf mühitin mühafizəsinə 

öz töhfənizi verməyə dəvət edirik!

Əlaqə

(+994 12) 525 98 08 (26-20)