DOKTORANTURA

Doktoranturaya və ya dissertanturaya qəbul prosesi MAA-nın Magistratura və doktorantura şöbəsində təşkil olunur. Doktoranturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları“na əsasən həyata keçirilir.

Azərbaycan Respublikasında fəlsəfə doktoru (elm sahələri göstərilməklə) və elmlər doktoru (elm sahələri göstərilməklə) elmi dərəcələri müəyyən edilmişdir.

Doktoranturaya və dissertanturaya fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə qəbul müəyyən ixtisaslar üzrə həyata keçirilir.

İxtisasın şifri İxtisasın adı Proqram Bilet
1 3311.02 Təbii mühitə, maddələrə, materiallara və məmulatlara nəzarət cihazları və üsulları

Yüklə

Yüklə

2 3324.04 Yerüstü komplekslər, buraxılış avadanlıqları, uçan aparatların və onların sistemlərinin istismarı

Yüklə

Yüklə

3 3324.07 Məsafədən aerokosmik tədqiqatlar

Yüklə

Yüklə

4 3325.02 Radiotexnika, radionaviqasiya, radiolokasiya və televiziya sistemləri və qurğuları

Yüklə

Yüklə

5 3338.01 Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)

Yüklə

Yüklə

6 3350.01 Daşınma proseslərinin idarə edilməsi

Yüklə

Yüklə

7 3352.01 Hava nəqliyyatının istismarı

Yüklə

Yüklə

8 3361.01 Bərk cisim elektronikası, radioelektron komponentləri, mikro və nanoelektronika

Yüklə

Yüklə

9 5312.01 Sahə iqtisadiyyatı

Yüklə

Yüklə

10 5607.01 Konstitusiya hüququ, bələdiyyə hüququ

Yüklə

Yüklə

11 5608.01 Mülki hüquq: sahibkarlıq hüququ; ailə hüququ; beynəlxalq xüsusi hüquq

Yüklə

Yüklə

QƏBUL QAYDALARI

Doktoranturaya və ya dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

  • ərizə (rektorun adına);
  • iş yerindən kadrların şəxsi-qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 6 ədəd fotoşəkil (3 x 4 sm ölçüdə);
  • xasiyyətnamə (iş yerindən və ya bitirdiyi ali təhsil müəssisəsindən);
  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış (doktoranturaya qəbul üçün);
  • əmək kitabçasından çıxarış (dissertanturaya qəbul üçün)
  • çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.
 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər.

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyənlər xarici dil üzrə (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən (proqrambiletləri) və ixtisas fənnindən qəbul imtahanları verirlər. Dissertantlıq yolu ilə qəbul olmaq istəyənlər isə yalnız xarici dil üzrə imtahan verirlər.

Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı DİM tərəfindən müəyyənləşdirilir.

Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi DİM tərəfindən müəyyənləşdirilir.

Əlaqə

(+994 12) 525 98 08 (23-48; 23-21)