Vəzifə Öhdəlikləri:
- Tədris planları və proqramlarının hazırlanmasına, yenilənməsinə və uyğunluğunun təmin olunmasına dəstək göstərmək;
- Akademik fəaliyyətlərin (dərs cədvəlləri, dərs yükləri, fənn seçimi və s.) planlaşdırılması və koordinasiyasında iştirak etmək;
- Müəllim heyəti və tələbələr arasında tədris prosesi ilə bağlı yaranan məsələlərin həllinə yardım etmək;
- Akkreditasiya və sertifikasiya prosesləri üçün tələb olunan tədris sənədlərinin hazırlanmasına dəstək vermək;
- Daxili və xarici tədris auditlərində iştirak etmək;
- Tədris keyfiyyətinin artırılması məqsədilə təhlillər aparmaq və təkliflər irəli sürmək;
- Tədris prosesinin elektron idarəetmə sistemləri (LMS və s.) ilə əlaqələndirilməsi və nəzarət.
Tələblər:
- Ali təhsil (təhsil menecmenti, pedaqogika, humanitar və ya digər uyğun sahələr üzrə);
- Tədris prosesi və ali təhsil sisteminin təşkili sahəsində minimum 2 il iş təcrübəsi (daha çox olması üstünlükdür);
- Tədris sənədləri və normativ hüquqi aktlarla işləmək bacarığı;
- Azərbaycan və İngilis dillərində sərbəst yazı və şifahi ünsiyyət bacarığı (Rus dili arzuolunandır);
- Təhlil, planlaşdırma və hesabat hazırlama bacarığı;
- Komandada işləmək və ünsiyyət qurmaq bacarığı.
Dil və kompüter bilikləri:
- Azərbaycan dili – əla, ingilis dili-əla, rus dili – arzuolunandır;
- MS Excel, Power Point, Word proqramlarda işləmək bacarığı.
Tələb olunan sənədlər:
- Şəxsiyyəti təsdiq edən sənədin surəti;
- Tərcümeyi-hal (CV – şəkilli, Azərbaycan dilində);
- Ali təhsil diplomunun surəti;
Əlavə məlumatlar:
- Ofisdaxili;
- İş qrafiki: I-V günlər, 08:30-17:00;
- Ünvan: Bakı şəh., Mərdəkan pr., 30, AZ1045.
Vakansiyaya son müraciət tarixi: 05.05.2025
Namizədlər tələb olunan sənədləri hr@naa.edu.az e-mail ünvanına göndərə bilərlər (mövzu hissəsinə “Tədris Prosesi üzrə Mütəxəssis” qeyd olunması mütləqdir).
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.