XƏBƏR VƏ ELANLAR

AMEA-nın müxbir üzvü, professor Ağası Zərbəli oğlu Məlikovun növbəti uğuru

2021-ci ildə John Wiley nəşriyyatında, professor V. Anisimov (Amgen Inc., United Kingdom) və professor N. Limniosun (University of Technology of Compiègne – Sorbonne University Group, France) elmi redaktorluğu ilə iki cildlik “Kütləvi xidmət sistemləri. Qabaqcıl Trendlər” adlı məqalələr toplusunun (bax https://iste.co.uk/book.php?id=1743) 2-ci cildində professor A. Krishnamoorthy və onun tələbələri D. Shajin və V. Narayanan “Müsbət xidmət zamanlı ehtiyatların idarə edilməsi: İcmal” (Inventory with Positive Service Time: A Survey. P. 201-238) tərəfindən dərc olunmuş icmal məqaləsin qeyd olunmuşdur ki, tələblərə xidmət zamanı müsbət olan ehtiyatların idarə edilməsi sistemləri nəzəriyyəsinin əsasları 30 il əvvəl amerikalı alimlər K. Sigman (Columbia Universiteti) və D. Simchi-Levi (Massaçusets Texnologiya İnstitutu) və Milli Aviasiya Akademiyasının ”Kompüter Sistemləri və Proqramlaşdırma” kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Ağasi Məlikov tərəfindən bir-birindən asılı olmayaraq qoyulmuşdur.

Amerikalı alimlərin məqaləsi Annals of Operations Research jurnalında (1992, Cild 40, səh. P. 371-380), həmyerlimizin məqaləsi isə Cybernetics (1992, Cild 28, №3, səh. 484-487) jurnalında çap olunmuşdur. Qeyd olunan nəzəriyyənin yaradılmasının 30 illiyi ilə əlaqədar olaraq professor A. Krishnamoorthy (Cochin University of Science & Technology, Kochin, INDIA) və professor S. Chakravarthy (Kettering University, Flint, USA) həmyerlimizlə birlikdə bu sahədə ilk məqalələrdən birinin dərc olunduğu Annals of Operations Research (jurnalın İmpact Factoru 2.583) jurnalının baş redaktoru professor E. Borosa müraciət edərək jurnalın xüsusi nömrəsinin buraxılmasını təklif etmişlər. Yaradılmış nəzəriyyənin elmi və praktiki əhəmiyyətini nəzərə alaraq müraciətə dair müsbət qərar qəbul edilmişdir. Jurnalın gələn il üçün xüsusi buraxılışının A. Krishnamoorthy, S. Chakravarthy, A. Məlikov və W. Narayananın (Hindistan) redaktorluğu ilə buraxılması nəzərdə tutulur.

Yaradılmış nəzəriyyə xidmət-ehtiyatlanma sistemlərinin idarə edilməsində, o cümlədən mürəkkəb logistika proseslərinin, kompüter və kommunikasiya sistemlərinin və digər sistemlərin riyazi analizində geniş şəkildə tətbiq olunur. Bu sahədə A. Məlikovun rəhbərliyi altında bir neçə fəlsəfə doktorluğu dissertasiyaları müdafiə olunmuşdur və onun bu istiqamətdə tədqiqatları uğurla davam edir.

Bunu paylaşın:

Share on facebook
Share on twitter
Share on linkedin