15 may 2022-ci il tarixində Milli Aviasiya Akademiyasının 050507 “Hidrometeorologiya” ixtisası üzrə təhsil alan III kurs 1129a və II kurs 2120a qrup tələbələrinin və “Aviasiya meteorologiyası” kafedrasının bir qrup müəllim heyətinin Quba rayonuna ekskursiyası təşkil edilmişdir. Ekskursiya iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini və Milli Hidrometeorologiya Xidmətinin Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzini ziyarət etdilər. Memorial kompleksə ekskursiya zamanı tələbə və müəllim heyəti 1918-ci ildə Quba ərazisində baş verən erməni vəhşiliyini sübut edən lövhə, şəkillər, foto faktlarla yaxından tanış oldular. Milli Hidrometeorologiya Xidmətinin Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzində praktiki baxımdan çox faydalı olan meteoroloji müşahidələrin təşkili tələbələr tərəfindən böyük maraqla qarşılandı.
Sonda ekskursiya iştirakçıları memorial kompleksdə və hidrometeoroloji mərkəzdə xatirə şəkilləri çəkdirdilər.