“İdman həftəsi” çərçivəsində Gənclər və İdman Nazirliyi, Azərbaycan Alpinizm Federasiyasının birgə təşkilatçılığı ilə tələbələr arasında idman dırmanması yarışı keçirilib. Dırmanma Kompleksində baş tutan yarışda 14 təhsil ocağından 63 tələbə mübarizə aparıb.
Yekun nəticələrə əsasən kişilər arasında Milli Aviasiya Akademiyası birinci olub. Heydər Əliyev adına Hərbi İnstitut yarışı ikinci, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə üçüncü pillədə başa vurublar.
Foto Qalereya