Bu gün Milli Aviasiya Akademiyasının təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş Beynəlxalq Konfrans keçirilmişdir.
Konfransda Azərbaycan və Türkiyənin görkəmli elm və mədəniyyət xadimlərinin Nizami Gəncəvi barədə məruzələri dinlənilmiş, tələbələr tərəfindən səhnə canladırılmış və musiqi dinlənilmişdir.
Konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ili Nizami Gəncəvi ili elan etməsindən, Nizami Gəncəvinin həyat və yaradığıcılığından, 44 günlük Vətən Müharibəsindən, Nizami Gəncəvinin əsərlərindən, eləcə də Türk dünyasında Nizami Gəncəvi irsinin öyrənilməsindən bəhs olunmuşdur.