3361.01 – Bərk cisim elektronikası, radioelektron komponentləri, mikro və nanoelektronika
İxtisasın formulu
“Bərk cisim elektronikası, radioelektron komponentləri, mikro və nanoelektronika” – bərk cisim elektronikası cihazlarının, radioelektron komponentlərinin, mikro- və nanoelektronika məmulatlarının yenilərinin yaradılması və mövcud olanların təkmilləşdirilməsi ilə məşğul olan ixtisas olub, özündə eyni zamanda göstərilən cihazların, komponentlərin və məlumatların yaradılmasının və təkmilləşdirilməsinin elmi əsaslarının, fiziki və texniki prinsiplərinin işlənməsi ilə bağlı problemləri və məsələləri də birləşdirir.
İxtisas onunla fərqlənir ki, onun əsasını fizika, sxemotexnika, konstruksiya, texnologiya, modelləşdirmə, xarakteristikaların ölçülməsi, sınaqlar, göstərilən cihazların, komponentlərin, məmulatların tətbiqləri oblastlarında elmi və texniki tədqiqatlar və işlənmələr təşkil edir.
Bu ixtisasın elmi və texniki məsələlərinin həllinin xalq təsərrüfatı üçün əhəmiyyəti sadalanan cihazların, komponentlərin, məmulatların yenilərinin yaradılmasında və mövcud olanlarının təkmilləşdirilməsində, onların funksional və istismar xarakteristikalarının, həmçinin tətbiqinin səmərəliliyinin artırılmasındadır.
Tədqiqat sahələri
- Ənənəvi bərk cisim elektronikası cihazlarının, radioelektron komponentlərinin, mikro- və nanoelektronika məmulatlarının, optoelektron cihazların və fiziki kəmiyyətlərin çeviricilərinin (sensorların) təkmilləşdirilməsi və yenilərinin yaradılmasının fiziki prinsiplərinin işlənməsi və tədqiqi.
- 1-ci bənddə qeyd edilən məmulatların yaradılmasının və təkmilləşdirilməsi metodlarının sxemotexniki və konstruktiv əsaslarının işlənməsi və tədqiqi.
- 1-ci bənddə qeyd edilən məmulatların yaradılmasının və təkmilləşdirilməsi metodlarının texnoloji əsaslarının işlənməsi və tədqiqi.
- 1-ci bənddə qeyd edilən məmulatların fiziki və riyazi modellərinin, o cümlədən avtomatlaşdırılmış layihələndirmə üçün işlənməsi və tədqiqi.
- 1-ci bənddə qeyd edilən məmulatların keyfiyyət, uzunömürlük, etibarlıq, xarici təsiredici amillərə dayanıqlıq, həmçinin effektiv tətbiq məsələləri də daxil omaqla funksional və istismar xarakteristikalarının tədqiqi və modelləşdirilməsi.
Əlaqəli ixtisaslar
3307.01 – Elektron texnologiyası
3347.01 – Nanotexnologiya və nanomateriallar (sahələr üzrə)
3325.02 – Radiotexnika, radionaviqasiya, radiolokasiya, televiziya sistemləri və qurğuları
Elmi dərəcələrin verildiyi elm sahəsi
Texnika elmləri