BAKALAVRİAT
Əziz abituriyentlər!
Milli Aviasiya Akademiyasına tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin (DİM) və «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin təsdiq etdiyi qəbul qaydaları əsasında aparılır.
Qəbul qaydalarında göstərilən tələbləri yerinə yetirən abituriyentlər, DİM tərəfindən keçirilən test imtahanlarının və ümumi müsabiqənin nəticələrinə əsasən Milli Aviasiya Akademiyasına qəbul olunurlar.
«Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının ixtisasları haqqında məlumat almaq üçün Sizə bu ixtisasların qısa təsvirlərini təqdim edirik.
Sizə imtahanlarda müvəffəqiyyət, istədiyiniz ali təhsil müəssisəsinə və ixtisasa qəbulda uğurlar arzulayırıq!
2025/2026-cı tədris ili üçün Milli Aviasiya Akademiyasının bakalavriat səviyyəsi ixtisaslarına
QƏBUL PLANI
LAYİHƏ
№ | İxtisasın şifri | İxtisasın adı | Təhsil müəssisəsinin təklif etdiyi proqnoz yerlər | Ödənişli əsaslarla təhsil alanların illik təhsil haqqı məbləği (manatla) | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Cəmi | Azərbaycan bölməsi | rus bölməsi | ingilis bölməsi | Azərbaycan və rus bölməsi | ingilis bölməsi | |||||
əyani | qiyabi | əyani | əyani | əyani | qiyabi | əyani | ||||
1 | 6002007 | Hüquqşünaslıq | 120 | 75 | 15 | 15 | 15 | 4000 | 3000 | 4500 |
2 | 6004002 | Biznesin idarə edilməsi* | 30 | 30 | 3000 | |||||
3 | 6004004 | İqtisadiyyat* | 30 | 30 | 3000 | |||||
4 | 6004005 | Maliyyə | 30 | 15 | 15 | 3000 | 3500 | |||
5 | 6004007 | Menecment* | 30 | 30 | 3000 | |||||
6 | 6005007 | Hidrometeorologiya | 15 | 15 | 3000 | |||||
7 | 6006001 | Aerokosmik mühəndislik | 75 | 30 | 15 | 30 | 3000 | 3500 | ||
8 | 6006003 | Aviasiya təhlükəsizliyi mühəndisliyi | 35 | 20 | 15 | 3000 | 3500 | |||
9 | 6006004 | Cihaz mühəndisliyi | 30 | 15 | 15 | 3000 | 3500 | |||
10 | 6006007 | Ekologiya mühəndisliyi | 30 | 15 | 15 | 3000 | ||||
11 | 6006008 | Elektrik və elektronika mühəndisliyi | 35 | 20 | 15 | 3000 | ||||
12 | 6006009 | Energetika mühəndisliyi | 20 | 20 | 3000 | |||||
13 | 6006014 | Hava nəqliyyatının hərəkətinin təşkili | 30 | 30 | 3500 | |||||
14 | 6006016 | İnformasiya texnologiyaları | 60 | 30 | 30 | 3000 | 3500 | |||
15 | 6006022 | Kompüter mühəndisliyi | 50 | 50 | 3500 | |||||
16 | 6006025 | Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi | 50 | 20 | 15 | 15 | 3000 | 3500 | ||
17 | 6006027 | Materiallar mühəndisliyi | 15 | 15 | 3000 | |||||
18 | 6006028 | Mexanika mühəndisliyi | 20 | 20 | 3000 | |||||
19 | 6006029 | Mexatronika və robototexnika mühəndisliyi | 45 | 15 | 15 | 15 | 3000 | 3500 | ||
20 | 6006034 | Mühəndislik fizikası | 20 | 20 | 3000 | |||||
21 | 6006039 | Proseslərin avtomatlaşdırılması mühəndisliyi | 20 | 20 | 3000 | |||||
22 | 6006040 | Radiotexnika və telekommunikasiya mühəndisliyi* | 20 | 20 | 3000 | |||||
23 | 6006044 | Uçuş mühəndisliyi | 30 | 30 | 3500 |
* Müsabiqə Azərbaycan və rus bölmələri ilə birgə aparılır, tədris Azərbaycan dilindədir.
Əziz abituriyentlər!
2025-2026-cı tədris ili üçün «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasına tələbə qəbulu qaydalarını Sizin diqqətinizə təqdim edirik:
- Beynəlxalq hava məkanında və aviasiya texnikasının istismarında istifadə üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən vahid ünsiyyət dili ingilis dili qəbul edildiyindən, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlarda «Xarici dil» qismində yalnız ingilis dilindən imtahan vermiş abituriyentlər Milli Aviasiya Akademiyasının (MAA) birinci qrup ixtisaslarına qəbul oluna bilərlər.
- MAA-nın ixtisaslarının ingilis dili bölməsinə keçirilən qəbul müsabiqəsində, müsabiqə şərtlərinə cavab verən Azərbaycan və rus bölmələrinin abituriyentləri birgə iştirak edə bilərlər.
- 6006044 «Uçuş mühəndisliyi», 6006014 «Hava nəqliyyatının hərəkətinin təşkili», 6006001 «Aerokosmik mühəndislik» ixtisaslarının ingilis dili bölmələrində və 6002007 «Hüquqşünaslıq» ixtisasının qiyabi təhsil formasında təhsil müddəti 5 (beş) ildir. Bütün digər ixtisaslarda və akademik qruplarda təhsil müddəti 4 (dörd) ildir.
- MAA-nın 6004002 «Biznesin idarə edilməsi», 6004004 «İqtisadiyyat», 6004007 «Menecment» və 6006040 «Radiotexnika və telekommunikasiya mühəndisliyi» ixtisaslarına keçirilən qəbul müsabiqəsində Azərbaycan və rus bölmələrinin abituriyentləri birgə iştirak edə bilərlər. Bu ixtisaslarda tədris Azərbaycan dilindədir.
- MAA-nın 6006044 «Uçuş mühəndisliyi» və 6006014 «Hava nəqliyyatının hərəkətinin təşkili» ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər 3 aprel – 5 may 2025-ci il tarixlərində MAA-dan aldıqları göndəriş əsasında Aviasiya Tibb Mərkəzlərində və ya Həkim uçuş ekspert komissiyasında peşə seçimi nəzərə alınmaqla öz hesablarına xüsusi tibbi müayinədən keçməli və MAA-da «Fiziki hazırlıq» üzrə normativləri yerinə yetirməlidirlər.
- 6006044 «Uçuş mühəndisliyi» və 6006014 «Hava nəqliyyatının hərəkətinin təşkili» ixtisaslarına xüsusi tibbi müayinəni müvəffəqiyyətlə keçmiş və «Fiziki hazırlıq» üzrə normativləri yerinə yetirmiş 23 yaşına qədər abituriyentlər qəbul oluna bilərlər. Həmin ixtisasların abituriyentləri eyni zamanda MAA-nın DİM tərəfindən elanda göstərilən bütün digər birinci qrup ixtisaslarına qəbul olmaq hüququna malikdirlər.
- MAA-nın DİM tərəfindən elanda göstərilən bütün digər ixtisaslarına qəbul olan abituriyentlər yaşadıqları ərazidə və ya qeydiyyatda olduqları poliklinikalarda ümumi qaydada tibbi müayinədən keçərək, sağlamlıq haqqında sənədlərini MAA-ya təqdim etməlidirlər.
- Xarici dövlətlərin vətəndaşları Milli Aviasiya Akademiyasında yalnız ödənişli əsaslarla təhsil ala bilərlər.
- Abituriyentlər Aviasiya Tibb Mərkəzlərində və ya Həkim uçuş ekspert komissiyasında xüsusi tibbi müayinədən keçmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Milli Aviasiya Akademiyasından aldıqları göndəriş;
- Şəxsiyyət vəsiqəsi;
- Şəkil 3/4 (8 ədəd);
- İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə.
Qeydiyyatda olduğu ərazi poliklinikasından:
- Ambulator kitabçadan çıxarış TQS № 027;
- Həkim-psixiatrın qeydiyyatında olub-olmaması barədə arayış.
Narkoloji dispanserdən:
- Dispanserdə qeydiyyatda olub-olmaması barədə arayış.
Bakı şəhəri qeydiyyatında olanlar: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küç. 79;
Digər şəhər və rayon qeydiyyatında olanlar: Bakı şəhəri, Sabunçu rayonu, Axund Şeyx Hüseyn küç. 71, Maştağa qəsəbəsi.
Qeyd: bütün arayışlarda qeydiyyat tarixi, imza və möhür olmalıdır.
- Abituriyentlər Aviasiya Tibb Mərkəzlərində və ya Həkim uçuş ekspert komissiyasında terapevtik, otirinolarinqoloji, oftalmoloji, nevroloji, psixoloji, laborator və funksional (EEQ və EKQ, USM, spirometriya, rentgen) və digər tibbi müayinələrdən keçməlidirlər.
- 6006044 «Uçuş mühəndisliyi» və 6006014 «Hava nəqliyyatının hərəkətinin təşkili» ixtisaslarına qəbul Milli Aviasiya Akademiyasına (MAA) tələbə qəbulu Qaydaları əsasında aparılır.
- Abituriyentlər MAA-nın 6006044 «Uçuş mühəndisliyi» və 6006014 «Hava nəqliyyatının hərəkətinin təşkili» ixtisaslarına qəbul olunduqdan sonra, yəni 1-ci kursda təhsil aldıqları müddətdə, onların psixoloqlar tərəfindən psixoloji vəziyyətinin qiymətləndirilməsi aparılacaqdır.
- Psixoloji qiymətləndirmənin nəticəsi uyğun olmayan tələbələr digər ixtisaslara köçürüləcəklər.
- 6006044 «Uçuş mühəndisliyi» ixtisasının tələbələri təhsil aldıqları müddətdə və ya MAA-dan məzun olduqdan sonra, «Azərbaycan Hava Yolları» QSC-nin Uçuş Hazırlığı Mərkəzində pilotların uçuş təlimləri proqramına qəbul edilməzdən əvvəl, həmin tələbələrin (məzunların) ikimərhələli şəkildə psixoloji xüsusiyyətlərinin və uçuş mühitinə uyğunluğunun qiymətləndirilməsi aparılacaqdır.
- Tələbələrin (məzunların) psixoloji xüsusiyyətlərinin və uçuş mühitinə uyğunluğunun qiymətləndirilməsi xüsusi proqram təminatı vasitəsilə psixomotor yoxlamadan və psixoloqlar tərəfindən müayinədən ibarət olacaqdır.
- Psixoloji qiymətləndirmənin nəticəsi uyğun olmayan şəxslər təlim uçuşlarına buraxılmayacaqlar.
- 6006014 «Hava nəqliyyatının hərəkətinin təşkili» ixtisası üzrə təhsil alan tələbələrin, MAA-dan məzun olduqdan sonra işə qəbulu zamanı, psixoloqlar tərəfindən psixoloji vəziyyətinin qiymətləndirməsi aparılacaqdır.
- Psixoloji qiymətləndirmənin nəticəsi uyğun olmayan şəxslər işə qəbul edilməyəcəklər.
Qeyd: Milli Aviasiya Akademiyası yuxarıda göstərilən psixoloji qiymətləndirmələrin nəticələrinə görə məsuliyyət daşımır.
Əlavə olaraq:
- Milli Aviasiya Akademiyasının «Uçuş mühəndisliyi» və «Hava nəqliyyatının hərəkətinin təşkili» ixtisaslarını seçən abituriyentlərin tibbi müayinəsi Azərbaycanın Aviasiya Qaydalarının tələbləri əsasında keçirilir.
- «Uçuş mühəndisliyi» ixtisasının abituriyent və tələbələri Azərbaycanın «Hava gəmisi heyətinə şəhadətnamələrin verilməsi üzrə tibbi müddəalar» (AAR-PEL-004) Aviasiya Qaydaları, eyni zamanda bu Qaydalara aid olan «Uyğunluğun təmin edilməsinin məqbul qaydaları» (AMC) və «Rəhbər materiallar» (GM) (G-PEL-002) əsasında tibbi müayinədən keçirlər. Abituriyentlərin və tələbələrin tibbi yararlığının qiymətləndirilməsi Qaydaların «B» fəslinin tələbləri əsasında aparılır.
- «Hava nəqliyyatının hərəkətinin təşkili» ixtisasının abituriyent və tələbələri Azərbaycanın «Havada hərəkəti idarə edən dispetçerlərə şəhadətnamələrin verilməsi» (AAR-PEL-006) Aviasiya Qaydaları, bu Qaydalara «Uyğunluğun təmin edilməsinin məqbul qaydaları» (AMC) və «Rəhbər materiallar» (GM) (G-PEL-003) əsasında tibbi müayinədən keçirlər. Abituriyentlərin və tələbələrin tibbi yararlılığının qiymətləndirilməsi Qaydaların IV hissənin «Havada hərəkəti idarə edən dispetçerlərə tibbi tələblər»in «B» fəslinin meyarları əsasında aparılır.
OĞLANLAR ÜÇÜN FİZİKİ HAZIRLIQ ÜZRƏ NORMATİVLƏR
№ | Qiymətləndirmə hərəkətləri | 10 | 9 | 8 | 7 | 6 | 10 | 9 | 8 | 7 | 6 |
16-18 yaş | 19-23 yaş | ||||||||||
1 | Sürət – 100 m məsafəyə qaçış (saniyə) | 14.2 | 14.6 | 15.0 | 15.4 | 15.8 | 14.0 | 14.4 | 14.8 | 15.2 | 15.6 |
2 | Qüvvə – Hündür turnikdə dartınma (dəfə) | 8 | 7 | 6 | 5 | 4 | 9 | 8 | 7 | 6 | 5 |
3 | Sürət-güc – Yerindən uzunluğa tullanma (sm) | 190 | 180 | 170 | 160 | 150 | 220 | 210 | 200 | 190 | 180 |
QIZLAR ÜÇÜN FİZİKİ HAZIRLIQ ÜZRƏ NORMATİVLƏR
№ | Qiymətləndirmə hərəkətləri | 10 | 9 | 8 | 7 | 6 | 10 | 9 | 8 | 7 | 6 |
16-18 yaş | 19-23 yaş | ||||||||||
1 | Sürət – 100 m məsafəyə qaçış (saniyə) | 17.2 | 17.6 | 18.0 | 18.4 | 18.8 | 17.0 | 17.2 | 17.6 | 18.0 | 18.4 |
2 | Qüvvə – Uzanaraq gimnastika skamyasında əllərlə dayaqdan qolların bükülüb açılması (dəfə) | 9 | 8 | 7 | 6 | 5 | 10 | 9 | 8 | 7 | 6 |
3 | Sürət-güc – Yerindən uzunluğa tullanma (sm) | 170 | 165 | 160 | 155 | 150 | 175 | 170 | 165 | 160 | 155 |